Almaniya kansleri Ukraynaya 3 milyard avroluq silah tədarükünə QARŞI ÇIXDIbackend

Almaniya kansleri Ukraynaya 3 milyard avroluq silah tədarükünə QARŞI ÇIXDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Ukraynaya əlavə 3 milyard avroluq silah tədarükünə qarşıdır.

İnterpress.az xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı mənbələrə istinadən məlumat yayıb.

Almaniya kansleri Olaf Şolts Ukraynaya Xarici İşlər və Müdafiə nazirliklərinin rəhbərləri Berbok və Pistorius tərəfindən təklif edilən 3 milyard avro məbləğində əlavə hərbi yardım paketinin ayrılmasına qarşı çıxıb. Sonuncular bu yardımı fevralın 23-də keçiriləcək parlament seçkilərinə qədər vermək istəyirlər.

Təklif olunan paketə mərmilər, Patriot raketləri, 10 haubitsa və sursat daxil olmaqla üç IRIS-T hava hücumundan müdafiə sistemi daxildir.

Lakin Şolts bunun lazım olmadığına inanır, çünki Almaniyanın hələ də Kiyevə silah tədarükünü maliyyələşdirmək üçün kifayət qədər vəsaiti var.

Bundan əlavə, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə Ukraynaya kredit verməklə bağlı G7-nin qərarı var.

Xuraman Etibarlı

İnterpress.az