Yaponiyada qız onunla danışmaq istəmədiyi üçün tələbələrə çəkiclə hücum edib. 8 nəfər yaralanıb.
İnterpress.az xəbər verir ki, bu baarədə “Kyodo” xəbər agentliyi məlumat yayıb.
Tokio yaxınlığındakı universitet şəhərciyində qızın çəkiclə hücumu nəticəsində 8 tələbə yaralanıb. Hücum edən şəxsin saxlanılıb və onun Cənubi Koreya vətəndaşı olduğu üzə çıxıb.
Qız, dindirmə zamanı öz etirafına görə, digər tələbələr tərəfindən ona məhəl qoyulmamasından “məyus olub” və buna görə də hücum edib.
Xuraman Etibarlı
İnterpress.az