Polşa prezidenti Baş nazirdən Netanyahunu həbsdən qorumağı XAHİŞ ETDİbackend

Polşa prezidenti Baş nazirdən Netanyahunu həbsdən qorumağı XAHİŞ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa prezidenti Baş nazirdən Netanyahunu həbsdən qorumağı xahiş edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Polşa prezidenti Anjey Duda Baş nazir Tuskdan Netanyahunun Osvitsdəki nasist həbs düşərgəsinin azad edilməsinin 80-ci ildönümünə həsr olunmuş mərasimdə iştirak etmək qərarına gələrsə, onu həbsdən qorumağı xahiş edib.

Dekabrın 20-də İsrailin baş naziri Netanyahunun Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) barəsində çıxardığı orderə görə həbs olunacağından qorxduğu üçün mərasimə qatılmayacağı bildirilib.

Xuraman Etibarlı

İnterpress.az