Telegram ABŞ-yə minlərlə istifadəçinin məlumatlarını VERDİ – Pavel Durovun həbsindən sonrabackend

Telegram ABŞ-yə minlərlə istifadəçinin məlumatlarını VERDİ – Pavel Durovun həbsindən sonra

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Telegram ABŞ-yə Pavel Durovun həbsindən sonra minlərlə istifadəçinin məlumatlarını verib.

İnterpress.az-ın “Telegram Transparency Report” botuna istinadən verdiyi məlumata görə, 2024-cü ildə messencer 900 rəsmi sorğunu yerinə yetirərək 2253 istifadəçi haqqında məlumatları ABŞ hakimiyyətinə təhvil verib və onların əksəriyyəti Durovun həbsindən sonra təmin edilib.

Eyni zamanda, Rusiyadan gələn sorğular cavabsız qalır və 2024-cü ilin ilk 9 ayında messencer heç bir müraciəti təmin etməyib.

Əvvəllər Telegram yalnız terrorçuluqda şübhəli bilinən işlərdə istifadəçi məlumatlarını verirdi. Lakin Pavel Durovun avqustun 24-də Fransada həbsindən sonra, görünür ki, kibercinayətkarlıq, qeyri-qanuni malların satışı və onlayn fırıldaqçılıqla bağlı işlərdə də məlumatları təhvil verməyi öhdəsinə götürüb.

Xuraman Etibarlı

İnterpress.az