Politico: Pentaqon rəhbərinin dəyişməsi Kiyevə silah tədarükünə təsir edə bilərbackend

Politico: Pentaqon rəhbərinin dəyişməsi Kiyevə silah tədarükünə təsir edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pentaqon rəhbərinin dəyişməsi Kiyevə silah tədarükünə təsir edə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə “Politico” yazıb. Nəşr yazır ki, bu ay ABŞ müdafiə nazirinin dəyişməsi Ukrayna Müdafiə Məsləhət Qrupunun işinə təsir göstərə bilər.

Pentaqon rəhbəri Ostin Kiyevə yardım göstərmək üçün müttəfiqləri ilə son görüşü üçün Almaniyadadır.

“Qrup növbəti dəfə bir araya gələndə hər şey tamamilə fərqli görünəcək – ümumiyyətlə bir araya gəlsələr”, – nəşr yazır.

Qeyd edilir ki, Ostin bu ay Pentaqonu tərk edəndə qruplaşma ən böyük dəstəkçisini və qurucusunu itirəcək və heç bir başqa ölkə rəhbərliyi öz üzərinə götürməyi təklif etməyib.

Məqalədə deyilir: “Trampın yeni administrasiyası Ukraynaya yardıma şübhə ilə yanaşdığı və yeni ifrat sağçı Avropa hökumətləri Kiyevə daha çox silah göndərməkdə daha az maraqlı olduqları üçün bu, xüsusilə təlatümlü vaxtdır”.

Qrupun dağılması Rusiyaya uduzmaqda olan və yeni qoşun toplamaqda və təlim keçməkdə çətinlik çəkən Ukraynaya zərbə ola bilər.

Ramstein formatı və ya Ukrayna Müdafiə Məsləhət Qrupu Ukraynaya hərbi yardım göstərmək üçün yaradılmış 50-dən çox ölkənin beynəlxalq koalisiyasıdır.

Xuraman Etibarlı

İnterpress.az