7 milyon abunəçisi olan bloger Killadamente 27 yaşında dünyasını dəyişib.
İnterpress.az xəbər verir ki, bu barədə “The New York Post” məlumat yayıb.
Bildirilir ki, Killadamente kimi tanınan bədən pozitivliyi ilə bağlı bloqçu Karol Akosta 27 yaşında yeməkdən boğularaq dünyasını dəyişib.
Qızın ölümü ilə bağlı məlumatı bacısı da təsdiqləyib. İlkin məlumata görə, bloger yanvarın 3-də restoranda şam yeməyi zamanı yeməkdən boğulub.
Mərhumun qadağan sosial şəbəkədə 6,7 milyon abunəçisi var. O, bədən pozitivliyini təbliğ edib və həyatı haqqında məzmun dərc etdi. Onun iki kiçik qızı qalıb.
Xuraman Etibarlı
İnterpress.az