Şirniyyatçı “AUE” simvolu olan torta görə cərimələnib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Pyatiqorsk sakini İlya İordanov Rusiyada qadağan edilmiş “Məhkumların həyat yolu” hərəkatı ilə əlaqəli səkkizguşəli ulduzla bəzədilmiş tortun üzərində ekstremist simvolları əks etdirdiyinə görə cərimələnib.
Soçi məhkəməsi onu 2000 rubl (təxm. 35 man) cərimələyib və tortun şəklini sosial şəbəkələrdən silməyi əmr edib.
Xuraman Etibarlı
İnterpress.az