Almaniya Rusiyadan ölkədəki baş konsulluqlarının bağlanmasını tələb edirbackend

Almaniya Rusiyadan ölkədəki baş konsulluqlarının bağlanmasını tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya hökuməti Rusiyadan bu ölkədəki 4 baş konsulluğunun ilin sonuna qədər bağlanmasını istəyib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Rusiya hökumətinin gərginliyi artıracaq addım atdığı bildirilib.

Bununla yanaşı Almaniyanın Rusiyadakı 3 baş konsulluğu noyabrın sonuna kimi bağlanacaq.

Almaniya hökumətinin Rusiyada minimum diplomatik varlığı saxlamağı hədəflədiyi bildirilib.

Yalnız Almaniyanın Moskvadakı səfirliyi və Sankt-Peterburqdakı Baş Konsulluğun xidmətə davam edəcəyi vurğulanıb.

Bu səbəbdən Almaniyada fəaliyyət göstərən 5 (Rusiya) baş konsulluğundan 4-nün fəaliyyət lisenziyasını geri götürməyə qərar verilib.

Qərarın Rusiya Xarici İşlər Nazirliyinə bu gün məlumat verildiyi qeyd edilib.

Almaniyada səfirlik və baş konsulluqla Rusiyaya xidmət etməyə icazə veriləcək.