Almaniya Ukraynada hərbi xidmət yaşında olan kişilərin müəyyənləşdirilməsinə KÖMƏK EDƏCƏKbackend

Almaniya Ukraynada hərbi xidmət yaşında olan kişilərin müəyyənləşdirilməsinə KÖMƏK EDƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Ukraynada hərbi xidmət yaşında olan kişilərin müəyyənləşdirilməsinə kömək etməyə hazırdır.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Almaniyanın xarici işlər naziri Vadefuhl bildirib ki, hazırda Almaniyada yaşayan hərbi xidmət yaşında olan ukraynalı kişilər ölkələrinə qayıtmalıdırlar.

Onun sözlərinə görə, Berlin Ukrayna hökumətinə Almaniyada yaşayan həmin şəxslərin müəyyənləşdirilməsi prosesində kömək edə bilər.

Nazir qeyd edib ki, Almaniya ərazisində kimlərin yaşadığı barədə məlumatlar mövcuddur.

O bildirib ki, ölkədə kimin sosial müavinət aldığı, kimin qeydiyyatda olduğu və yaşayış statusuna malik olduğu müəyyən edilə bilər.

Vadefuhl həmçinin Ukraynanın Almaniya şirkətlərindən daha çox silah almasının vacibliyini vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az