Almaniya Ukraynaya Leopard 2 tankları göndərdibackend

Almaniya Ukraynaya Leopard 2 tankları göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Müdafiə Nazirliyi Leopard 2 tipli tankların ilk partiyasının Ukraynaya göndərildiyini açıqlayıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Məlumata görə, tankların istifadəsi ilə bağlı təlimdən sonra 18 tank Ukraynaya təhvil verilib.

Almaniyanın müdafiə naziri Boris Pistorius deyib ki, o, tankların müharibənin cəbhə xəttində “həlledici töhfə verə biləcəyinə” əmindir.

Ukrayna rəsmiləri isə bildirib ki, bölgəyə İngiltərədən də “Challenger 2” tipli tanklar gəlib.