Almaniya Ukraynaya uzunmüddətli hərbi dəstək üçün 12 milyard avro ayırırbackend

Almaniya Ukraynaya uzunmüddətli hərbi dəstək üçün 12 milyard avro ayırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya uzunmüddətli perspektivdə Ukraynaya hərbi dəstək üçün 12 milyard avro ayırır.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Bundestaqın Büdcə Komitəsinin Ukraynaya hərbi texnika ilə dəstək üçün 12 milyard avro ayırdığı qeyd edilib.

Bu məbləğin 3,2 milyard avrosunun 2023-cü ildə, qalan 8,8 milyard avrosunun isə 2032-ci ilə qədər istifadə olunacağı bildirilib.

Almaniyanın müdafiə naziri Boris Pistorius 12 milyard avrodan 4 milyard avronun Almaniya Silahlı Qüvvələri tərəfindən Ukraynaya verilən silah və digər materiallar üçün yenidən alınacağını bildirib.

Ukraynaya dəstək üçün 8 milyard avro xərclənəcəyini ifadə edən Pistorius bu qərarla Rusiya prezidenti Vladimir Putinə qarşı mübarizədə Ukraynanın yanında olduqlarını göstərdiklərini qeyd edib.

Sosial Demokrat Partiyasının (SPD) Bundestaq büdcə komissarı Andreas Schwarz da Almaniyanın Birinci Televiziya Kanalı ARD-a bildirib ki, Ukraynaya kömək lazım olduğu müddətcə dəstək olacaqlar.

Şvars yardımın hava hücumundan müdafiə vasitələri, zirehli texnika və qoruyucu vasitələrin alınması ilə bağlı olduğu barədə məlumat paylaşıb.