Almaniyada 4 hava limanında yüzlərlə reys təxirə salınıbbackend

Almaniyada 4 hava limanında yüzlərlə reys təxirə salınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada 4 hava limanında yüzlərlə reys təxirə salınıb

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Almaniyanın Berlin-Brandenburq, Hamburq, Hannover və Bremen hava limanlarında işçilərin xəbərdarlıq tətili keçirməsi səbəbindən yüzlərlə reys təxirə salınıb.

Berlin-Brandenburq hava limanında çalışan təhlükəsizlik işçiləri Verdi İttifaqının çağırışı ilə həftə sonları və bayram günlərində verilən əlavə maaşların artırılmasını tələb edərək bir günlük aksiya keçirib.

Xəbərdarlıq tətili səbəbindən Berlin-Brandenburq Hava Limanında təxminən 270 reys ləğv edilərkən, işçilər hava limanının qarşısındakı Willy-Brandt meydanına toplaşaraq nümayiş keçiriblər.