Almaniyada səhiyyə sektorunda problemlər artmaqda davam edir.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ölkənin səhiyyə naziri bildirib ki, maliyyə problemləri həll olunmazsa, xəstəxanaların 25 faizi bağlana bilər. İstənilən islahat hələ də ümumi qəbul olunmayıb.
Almaniyada xəstəxanalar bağlanmaq ərəfəsindədir.
Səhiyyə sistemindəki böhranı həll etmək üçün Almaniya hökuməti təcili xilasetmə paketi hazırlayıb.
Sözügedən islahatla xəstəxanaların maliyyələşdirilməsinin və strukturunun yenidən təşkili nəzərdə tutulur.
Bu dəfə ölkənin səhiyyə naziri Karl Lauterbax Almaniya səhiyyə sistemindəki acı həqiqəti dilə gətirib.
“Planlaşdırılan islahat edilməsə, Almaniyada xəstəxanaların 25 faizi bağlana bilər”, o xəbərdarlıq edib.
Koronavirus pandemiyası zamanı bərbad duruma düşən Almaniyada xəstəxanaların vəziyyəti Rusiya-Ukrayna müharibəsindən sonra yaranan enerji böhranı ilə daha da pisləşib.
Kadr çatışmazlığı səbəbindən əməliyyat günlərinin çox gecikməsi və təyinatların uzun təqvimlə yayılması problemləri daha da artırıb.
Bütün bu problemlərin üzərinə maliyyə böhranı da əlavə edilib.
Ölkədəki 1900 xəstəxananın 60 faizi böyük maliyyə problemləri ilə üzləşib.