Almaniyanın iki hava limanında 300-dən çox reys təxirə salınıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Berlin-Brandenburq və Hamburq hava limanlarında çalışan təhlükəsizlik işçiləri Verdi İttifaqının çağırışı ilə həftə sonları və bayram günlərində verilən əlavə maaşların artırılması tələbi ilə bir günlük aksiya keçirib.
Berlin-Brandenburq hava limanından verilən açıqlamada, xəbərdarlıq edildiyinə görə bu gün heç bir təyyarənin havaya qalxmadığı bildirilib.
Bu şəkildə hava limanından qalxan təxminən 220 reysin ləğv edildiyi, Berlin-Brandenburq hava limanına enəcək 240 reysdən 70-ə yaxınının həyata keçirilə bilmədiyi açıqlamada bildirilib.
Hamburq hava limanından verilən açıqlamada tətil səbəbiylə 31 reysin ləğv edildiyi bildirilib.