Almanlar Fridi Kyune və Lukas İrmler yeni dünya rekorduna imza atıblar.
İnterpress.az xəbər verir ki, rekord Beynəlxalq Slacklining Assosiasiyası tərəfindən təsdiq edilib. Bu həftə sonu alman sleklaynerləri Fridi Kyune və Lukas İrmler tərəfindən yeni dünya rekordu müəyyən edilib.
Almanlar iki isti hava balonu arasında sıx ip üzərində yeriyərək dünya rekordunu təzələyiblər.
Onlar yerdən 2500 metr hündürlükdə iki şar arasında uzanan neylon xətt boyunca yeriyiblər. Rekord Alman Riedering üzərində qeydə alınıb.
Xuraman Etibarlı
İnterpress.az