Bu yay təyyarəsi qəzaya uğrayan “Angara Airlines” artıq kommersiya uçuşları həyata keçirə bilməyəcək.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb
Rusiya Aviasiya Agentliyi “Angara” aviaşirkətinin kommersiya uçuşlarını dayandırıb və sertifikatını ləğv edib.
Qərar 5 noyabr tarixindən qüvvəyə minəcək. Şirkətin Sibir və Uzaq Şərqdəki 11 marşrutu digər daşıyıcılara verilib.
Xatırladaq ki, iyul ayında “Angara” təyyarəsi Tynda hava limanına eniş edərkən qəzaya uğrayıb. Təyyarədə olan 48 nəfərin hamısı həlak olub.
Bu, aviaşirkətin ilk hava qəzası deyil — 2019-cu ildə iki heyət üzvü, 2011-ci ilin iyul ayında isə yeddi sərnişin həlak olub.
Xuraman Etibarlı
İnterpress.az






