Tüekiyənin paytaxtı Ankarada iki ailə arasında baş verən silahlı qarşıdurmada biri ağır olmaqla 3 nəfər yaralanıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Məlumata görə, hadisə ailələr arasında yaşanan torpaq mübahisəsinə görə baş verib.
Belə ki, şəxsiyyəti hələlik müəyyən edilməyən 3 nəfər motosikletdə olan iki qardaşın yolunu kəsib.
Sonra silahdan atəş açıblar.