Apti Alaudinov bir milyon rusu səfərbər etməyə çağırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini Apti Alaudinov RTVI-ya müsahibəsində deyib.
O, belə bir tədbirin Ukrayna və Avropaya qarşı strateji üstünlük verəcəyini bildirib: “Biz onları silahlandırar, hərəkətə keçirərdik və düşmən dərhal döyüşmək istəyini itirərdi”.
Eyni zamanda, o vurğulayıb ki, son qərar Putində qalır.
Onun sözlərinə görə, Putin siyasi səbəblərə görə səfərbərliyi həyata keçirmək istəmir.
Xuraman Etibarlı
İnterpress.az