AQTA yararsız spirtli içkiləri məhv etdibackend

AQTA yararsız spirtli içkiləri məhv etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Masallı rayonu, Təzəkənd ərazisində fəaliyyət göstərən, fiziki şəxs Ramiz Etibar oğlu Fətullayevə məxsus ictimai iaşə müəssisəsində yoxlama keçirib.

AQTA-dan verilən məlumata görə, yoxlama zamanı müəssisənin mətbəxində texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən hər biri 1 litrlik qablaşdırmada olan 25 litr araq, 4 litr qırmızı şərab məhsulu aşkar olunub.

Agentlik tərəfindən etiket məlumatları olmayan məhsulların satışının qadağan edilməsi və məhv edilməsi barədə qərar qəbul edilib. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

 

 

 

 

İnterpress.az