Arda Turandan duyğusal Messi paylaşımı – FOTObackend

Arda Turandan duyğusal Messi paylaşımı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Barselona” ilə göz yaşları ilə vidalaşan Lionel Messiyə keçmiş komanda yoldaşlarından vida mesajları gəlməyə davam edir. Türkiyənin “Qalatasaray” klubunun kapitanı Arda Turan da bir müddət “Barselona”da oynadığı argentinalı ulduzla bağlı paylaşım edib.

Bu barədə “Haber Global” xəbər yayıb.

Sosial media hesabından Messi ilə vidalaşan Arda Turan bunları deyib:

“Səninlə tanış olmaq, həmçinin böyük bir klubda eyni soyunub-geyinmə otağını və meydançanı bölüşmək mənim üçün böyük şərəf idi. Sən nəinki meydanın, həm də tarixin ən yaxşısı idin və belə də qalacaqsan. Məni qarşıladığın üçün və “Barselona”da olduğum müddətdə mənə verdiyin hər şey üçün çox təşəkkür edirəm. Bu yeni mərhələdə sənə və ailənə ən xoş arzularımı göndərirəm”.