Argentina Çinə 1 milyard dollardan çox idxalı yuanla ödəyəcəyini açıqlayıbbackend

Argentina Çinə 1 milyard dollardan çox idxalı yuanla ödəyəcəyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentina Çinə 1 milyard dollardan çox idxalı yuanla ödəyəcəyini açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Argentinanın İqtisadiyyat naziri Sergio Massa ölkəsinin bu ay Çinlə 1 milyard dollardan çox idxalı yuanla ödəmək barədə razılığa gəldiyini bildirib.

Argentina Mərkəzi Bankda ehtiyat itkisini azaltmaq üçün Çinə borcunu ABŞ dolları əvəzinə Çin yuanı ilə edəcəyini açıqlayıb.

Bu arada Çinin Buenos-Ayresdəki səfiri Zou Xiaoli və müxtəlif sektorların nümayəndələri ilə görüşən Sergio Massa Çinə 1 milyard dollardan çox idxal ödənişini yuanla etmək üçün Çinlə razılaşdıqlarını bildirib.

Çinlə bağlanan müqavilə çərçivəsində Argentina şirkətləri aprel ayında Çindən 1 milyard 70 milyon dollarlıq idxal üçün Çin yuanı ilə ödəniş edəcək.

May ayında planlaşdırılan məbləğin 790 milyon dollar ətrafında olması gözlənilir.

Argentina 2022-ci ildə idxalının 21 faizini Çindən həyata keçirib.

2022-ci ilin noyabr ayında Çin Mərkəzi Bankı ilə Argentina Mərkəzi Bankı arasında svop müqaviləsi imzalanıb və ödənişin dollar əvəzinə yuanla aparılacağı açıqlanıb.

Alberto Fernandezin təyin edilməsi ilə Argentina və Çin arasındakı münasibətlərdə irəliləyiş əldə edilib və Çinin Kovid-19 epidemiyası zamanı Argentinanın peyvəndlərə çıxışına töhfə verməsi ilə əlaqələr möhkəmlənib.

Hazırda Çin Argentinanın ikinci ən böyük ticarət tərəfdaşı və ikinci ən böyük ixracatçısı kimi seçilir.