Argentinada meymunçiçəyi xəstəliyindən ilk ölüm faktı qeydə alınıbbackend

Argentinada meymunçiçəyi xəstəliyindən ilk ölüm faktı qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentinada meymunçiçəyi xəstəliyindən ilk ölüm faktı qeydə alınıb.

Bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi təsdiqləyib.

“Noyabrın 22-də ilk ölən – 44 yaşlı risk qrupunda olan (İİV/QİÇS) kişi barədə məlumat daxil olub. Xəstə oktyabrın 9-da reanimasiya şöbəsinə yerləşdirilmişdi”, – məlumatda qeyd olunub.

Noyabrın 22-dək Argentinada meymunçiçəyinə 895 yoluxma halı qeydə alınıb. Səhiyyə Nazirliyinin məlumatına görə, xəstələrin 98,5 faizi kişilərdir.

Qeyd edək ki, meymunçiçəyi əsasən mərkəzi və qərbi Afrikanın ucqar ərazilərində, tropik yağış meşələrinin yaxınlığında rast gəlinən nadir virus xəstəliyidir. Meymunçiçəyi alovlanmaları üçün ölüm nisbəti 1 % ilə 10 % arasındadır. Ölümlərin əksəriyyəti gənc yaş qruplarında qeydə alınır.