Argentinada nazir etirazçıların hücumuna məruz qalıbbackend

Argentinada nazir etirazçıların hücumuna məruz qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentinada həmkarlarının öldürülməsinə etiraz edən avtobus sürücüləri Buenos Ayresin təhlükəsizlik naziri Sergio Berniyə yumruq və daşla hücum ediblər.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Paytaxt Buenos Ayresin La Matanza bölgəsində silahlı hücumda həyatını itirən həmkarları səbəbiylə bir araya gələn onlarla sürücü, magistral yolu bağlayıb.

Nümayişçilərlə danışmaq üçün magistral yola gələn nazir sürücülərin yumruq və daşla hücumuna məruz qalıb.

Magistral yolu bağlayaraq tətilə başlayan avtobus sürücüləri tələbləri yerinə yetirilməyənə qədər aksiyadan əl çəkməyəcəklərini açıqlayıblar.

Bildirilir ki, Buenos-Ayresin şəhər ətrafı və qəsəbələri arasında sərnişin daşıyan avtobus sürücüləri tez-tez quldur dəstələri tərəfindən hücuma məruz qalır.

Daniel Barrientos adlı avtobus sürücüsü La Matanzada sinəsinə dəyən güllə nəticəsində həlak olub.