Argentinada Netanyahunun səfəri zamanı saxlanılması TƏLƏB OLUNURbackend

Argentinada Netanyahunun səfəri zamanı saxlanılması TƏLƏB OLUNUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentinada Netanyahunun mümkün səfəri ərəfəsində onun saxlanılması tələb olunur.

İnterpress.az xəbər verir ki, bu barədə Argentina mediası məlumat yayıb.

Argentinada dövlət sektoru işçilərinin həmkarlar ittifaqı ölkə məhkəməsindən İsrailin baş naziri Benyamin Netanyahunun mümkün səfəri zamanı onun saxlanılması üçün order verilməsini tələb edib.

Təşkilat Netanyahunu “Fələstin xalqına qarşı hərbi cinayətlər, soyqırımı və insanlığa qarşı cinayətlər törətməkdə” ittiham edir.

Argentina prezident administrasiyasının məlumatına görə, hökumət başçısının yaxın aylarda respublikaya səfər edəcəyi gözlənilir.

Həmkarlar ittifaqı isə KİV-ə istinadən səfərin 7–10 sentyabr tarixlərində planlaşdırıldığını bildirib.