Aromadiffuzorlar it və pişikləri öldürə bilər – Baytarlardan XƏBƏRDARLIQbackend

Aromadiffuzorlar it və pişikləri öldürə bilər – Baytarlardan XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aromadiffuzorlar it və pişiklər üçün ölümcül dərəcədə təhlükəli ola bilər.

İnterpress.az xəbər verir ki, bu barədə rusiyalı baytar mütəxəssislər məlumat yayıb.

Mütəxəssislərin sözlərinə görə, aromatik çubuqlar və diffuzorların yağları ev heyvanlarının tükünə hopur və onlar özlərini yalayarkən həmin maddələr orqanizmə daxil olur.

Bu isə ciddi zəhərlənmə və qaraciyər zədələnməsinə səbəb ola bilər. Rusiyada bir pişiyin məhz bu səbəbdən öldüyü bildirilib — baytarlar heyvanda ağır qaraciyər nekrozu aşkarlayıb.

Hadisədən sonra həmin ailənin digər heyvanı – Pomeranian spitz iti də zəhərlənmə əlamətləri göstərib, lakin onu xilas etmək mümkün olub.

Baytarlar qeyd edir ki, təhlükə səviyyəsi diffuzorun növündən və tərkibindən asılıdır, lakin risk böyük olduğu üçün evdə aromadiffuzorlardan uzaq durmaq tövsiyə olunur.

Xuraman Etibarlı

İnterpress.az