Arvadını öldürən hakim məhkəmədə bunları dedibackend

Arvadını öldürən hakim məhkəmədə bunları dedi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Bakıda arvadını güllələyərək öldürən Sabunçu rayon məhkəməsinin hakim Fəqan Əhmədovla bağlı 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Binəqədi rayon məhkəməsində keçirilən prosesdə F.Əhmədov ittihama münasibət bildirib.

O, çıxışında özünü təqsirli bilmədiyini deyib. Fəqan Əhmədov qeyd edib ki, arvadını qəsdən öldürməyib:”Hadisə silahla ehtiyatsız davranmağım nəticəsində baş verdi”.

Qeyd edək ki, Fəqan Əhmədov mayın 30-u gecə saatlarında Sabunçu rayonu, Ləhiç massivində yerləşən bağ evində ov tüfəngi ilə arvadı Pərvanə Əhmədovanı sinəsindən güllələyərk öldürüb. O, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilir.

 

 

İnterpress.az