“Arvadımın yalvarmasına baxmayaraq, ona bir neçə bıçaq zərbəsi vurdum”.
İnterpress.az-ın xəbərinə görə, bunu Bakıda həyat yoldaşını bıçaqlayaraq öldürməyə cəhddə təqsirləndirilən Abbas Abasov istintaqa verdiyi ifadəsində deyib.
O bildirib ki, həyat yoldaşı Fərqanə Abbasovanı öldürmək məqsədi ilə bıçaqlayıb.
Qeyd: Hadisə paytaxtın Maştağa qəsəbəsi, Xanlar küçəsi, ev 137-də qeydə alınıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum olunub.
Ətraflı IN Media youtube kanalında: