Rusiya məhkəməsi arvadının qolunu kəsən kişini 12 il müddətinə azadlıqdan məhrum edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Perm vilayətinin məhkəməsi arvadının qolunu kəsən 27 yaşlı Aleksandrovsk şəhər sakinini ümumi rejimli islah koloniyasında 12 il müddətinə azadlıqdan məhrum edib.
Adı açıqlanmayan təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 6 maddəsi ilə təqsirli bilinib.
İstintaqın məlumatına görə, 2023-cü ilin yayında qısqanclıq zəminində bu şəxs arvadını iki həftə qanunsuz olaraq mənzildə saxlayıb, döyüb, fiziki və mənəvi zorakılığa məruz qoyub, əmlakını oğurlayıb, sonra isə sağ biləyini kəsib.
Xuraman Etibarlı
İnterpress.az