“Arzumdur ki, oğlumun dörd həyat yoldaşı olsun”backend

“Arzumdur ki, oğlumun dörd həyat yoldaşı olsun”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qızımın təhsil aldığı universitetdə belə bilən yoxdur ki, anası mənəm. Günel xoşlamır görünməyi, efirə çıxmağı. Çox məsuliyyətli qızdır. Ən böyük arzusu Fransa, Amerikada yaşamaqdır”.

İnterpress.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu instaqramda canlı yayımda deyib. İfaçı övladlarından danışıb. O, oğlu ilə bağlı arzusunu açıqlayıb:

“Oğlum Əlinin dörd həyat yoldaşı olacaq. Bu mənim arzumdur… Çünki çox nəvə istəyirəm. Ona görə də arzumdur ona dörd xanım alım, dörd gəlin gətirim”.