Avropa çempionatında iştirak edəcək 12 karateçimizin adı bilindibackend

Avropa çempionatında iştirak edəcək 12 karateçimizin adı bilindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

19-23 mayda Xorvatiyanın Poreç şəhərində keçiriləcək karate və para karate üzrə Avropa çempionatında millimizin heyətinin çox hissəsinə aydınlıq gəlib.

İnterpress.az-ın xəbərinə görə, Azərbaycanın 12 idmançısının Adriatik dənizinin sahilində keçiriləcək qitə birinciliyində iştirakı artıq rəsmiləşib.

Kişilərin kumite yarışında 60, 67 və 84 kq-da kimlərin mübarizə aparacağı hələ ki dəqiqləşməyib.

Kata (fərdi): Neda Rezai, Roman Heydərov

Kata (komanda): Rövşən Əliyev, Tural Balcanlı, İsmayıl Quliyev

Kumite (qadınlar): Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretskaya (-68 kq), Fəridə Əliyeva (+68 kq)

Kumite (kişilər): Rafael Ağayev (-75 kq), Asiman Qurbanlı (+84 kq).

İnterpress.az