Avropa çempionu: “Bu seriyanı davam etdirmək üçün var gücümlə çalışıram”backend

Avropa çempionu: “Bu seriyanı davam etdirmək üçün var gücümlə çalışıram”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ardıcıl 3-cü yarışda qızıl medal qazandım. Bu seriyanı davam etdirmək üçün var gücümlə çalışıram. Ümid edirəm ki, bundan sonra da nəticələr yaxşı olacaq”.

“Report”un məlumatına görə, bunu Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxan Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov deyib.

72 kq-da qızıl medal qazanan idmançı buna sayca 4-cü Avropa çempionatında nail olduğunu bildirib: “Bundan əvvəl 3 dəfə finala yüksəlsəm də, gümüş medalla kifayətlənmişdim. Bu dəfə isə çempionluq nəsib oldu”.

O, ən çətin görüşünün yarımfinalda gürcüstanlı Giorgi Çxikvadzeyə qarşı olduğunu söyləyib: “Bu rəqiblə ilk dəfə qarşılaşırdım. Titullu idmançıdır, gənclər arasında dəfələrlə Avropa və dünya mükafatçısı olub”.

Qeyd edək ki, Qurban Qurbanov yarışın finalında ukraynalı İrfan Mirzoyevə 8:0 hesabı ilə qalib gəlib.