Avropa Liqası: “Fənərbağça” bu gün İspaniyada “Sevilya” ilə qarşılaşacaqbackend

Avropa Liqası: “Fənərbağça” bu gün İspaniyada “Sevilya” ilə qarşılaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinə start veriləcək.

Oyunların hamısı eyni gündə baş tutacaq.

İngiltərə təmsilçilərindən “Arsenal” Portuqaliyada “Sportinq”in qonağı olacaq, “Mançester Yunayted” isə evdə İspaniya “Betis”ini sınağa çəkəcək. “Roma” İtaliyada İspaniya “Real Sosyedad”ı, “Yuventus” isə Almaniya “Frayburq”u ilə qarşılaşacaq.

Türkiyənin turnirdə yeganə təmsilçisi olan “Fənərbağça” isə İspaniyada “Sevilya” ilə münasibətlərinə aydınlıq gətirəcək.

UEFA Avropa Liqasıhttps://interpress.az/wp-admin/admin.php?page=customtaxorder
1/8 final, ilk oyunlar
9 mart

21:45. “Union” Berlin (Almaniya) – “Union” (Belçika)

21:45. “Bayer” Leverkuzen (Almaniya) – “Ferentsvaroş” (Macarıstan)

21:45. “Sportinq” (Portuqaliya) – “Arsenal” (İngiltərə)

21:45. “Roma” (İtaliya) – “Real Sosyedad” (İspaniya)

00:00. “Sevilya” (İspaniya) – “Fənərbağça” (Türkiyə)

00:00. “Yuventus” (İtaliya) – “Frayburq” (Almaniya)

00:00. “Mançester Yunayted” (İngiltərə) – “Betis” (İspaniya)

00:00. “Şaxtyor” Donetsk (Ukrayna) – “Feyenoord” (Niderland)

Qeyd edək ki, 1/8 finalın cavab oyunları martın 16-da keçiriləcək.