“Avropa Parlamenti Ermənistana sanksiyalar tətbiq etməlidir” – RƏYbackend

“Avropa Parlamenti Ermənistana sanksiyalar tətbiq etməlidir” – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa Parlamentinin (AP) ötən günlərdə “Aİ-Ermənistan münasibətləri” adlı hesabatı, tarix qarışında heç bir əhəmiyyəti və çəkisi olmayan iddalardan ibarətdir. Dünən, Türkiyə Xarici İşlər Nazirliyinin qondarma “soyqırım” iddiaları ilə əlaqədar Avropa Parlamentinə cavabı bu mənada olduqca vacibdir.
İnsan hüquqlarının müdafiəsi, azadlıqların təmini məsələsində öz həddini aşaraq dünyaya “dərs keçən” Avropa Parlamenti, heç bir tarixi sübutu olmayan və tamamilə böhtan xarakteri daşıyan “erməni soyqırımı” məsələsiylə gülünc vəziyyətə düşməkdənsə, yaxşı olardı ki, Rusiyanın 366-cı motoatıcı alayının köməyilə erməni silahlı qüvvələri tərəfindən cəmi 31 il öncə Xocalı soyqırımı nəticəsində 613 nəfər Azərbaycan türkünün vəhşicəsinə, işgəncələr verilərək qətlə yetirilməsilə bağlı Ermənistan dövlətinə, onun keçmiş və indiki siyasi-hərbi rəhbərliyinə xüsusi sanksiyalar paketini təqdim etsin”.

Bu fikirləri “İnterpress.az”a açıqlamasında Türkiyədə yaşayan ictimai fəal, jurnalist Natiq Çıraqzadə bildirib.

Natiq Çıraqzadə, Avropa Parlamentinin Türkiyəylə bağlı hesabatını siyasi səviyyəsizlik adlandırıb:

“Türkiyə kimi bölgədə və dünyada öz xüsusi rolu olan və beynəlxalq birliyin dəyər verdiyi əhəmiyyətli ölkəyə, hansısa faktlar, sübutlar və müstəqil mütəxəssis rəyləri olmadan bu cür iftiralar atmaq siyasi səviyyəsizlikdən başqa bir şey deyil. Türkiyə XİN-in də açıqlamasında bu böhtan xarakterli hesabata görə Avropa Parlamenti siyasi əxlaqa dəvət olundu. Hesab edirəm ki, Avropa Parlamenti artıq erməni lobbisinin təsir dairəsindən kənarlaşa bilməyən və müstəqil təşəbbüsetmə qabiliyyətini itirmiş etibarsız bir qurumdur. Əks təqdirdə, ermənilər tərəfindən azərbaycanlılara qarşı 1905-1907, 1914-1916, 1918- 1920, 1948-1953 və 1988-ci il tarixlərində törədilən soyqırım aktları ilə bağlı bu və ya bu kimi hansısa hesabatın şahidi olardıq. Ermənilərdən fərqli olaraq, biz bizə qarşı törədilmiş soyqırım aktlarını ancaq özümüz yazıb, özümüz danışmırıq. Ermənilər tərəfindən azərbaycanlılara qarşı ən müasir tariximizdə baş verən Xocalı soyqırımı başda olmaqla, yuxarıda tarixlərini vurğuladığımız digər soyqırım aktlarının hər birindən foto və videomateriallar, öldürülən azərbaycanlıların meyitlərindən nümunələr, maddi sübutlar, dünyanın müxtəlif araşdırma mərkəzlərində hazırlanan yazılar və şahid ifadələri erməni vandalizminin bariz nümunəsidir”

İctimai fəal, Avropa Parlamenti başda olmaqla digər regional və beynəlxalq təşkilatların Azərbaycan dövlətinin dünya ictimaiyyəti qarşısında qaldırdığı problemlərə yanaşmasından bəhs edib :

“BMT-ın 30 il ərzində qəbul etdiyi qətnamalərin qeyri-funksionallığı, ATƏT-in heç bir işə yaramayan Minsk qrupu layihəsi, bütün fəaliyyəti yalnız qərəzli, absurt iddialardan ibarət hesabatlar hazırlamaq olan Avropa Parlamenti, Azərbaycanın haqq mübarizəsinə öz dəstəyini ifadə etməyə hələ də özündə cəsarət tapmayan KTMT, Azərbaycan dövlətinə öz haqq mübarizəsində başqa seçim şansı buraxmadı. Bu mənada, yuxarıda qeyd olunan, ermənilər tərəfindən məruz qaldığımız soyqırımların da qisası, Ali Baş Komandanın tapşırığı ilə rəşadətli Azərbaycan Ordusunun qanı bahasına məhz döyüş meydanında alındı. Bizim hansısa dairələrə verməli olduğumuz hesabat yoxdur, ancaq onlar da bilməlidirlər ki, hansısa hesabat hazırladıqları zaman Azərbaycan xalqının iradəsini və tarixi reallıqları nəzərə almaq, ən azı Türkiyə XİN-in də bəyan etdiyi kimi siyasi əxlaq normalarına əməl etmək lazımdır. Əks halda, Azərbaycan ictimaiyyətinin daha sərt reaksiyası və bu kimi qurumların Azərbaycanda təsir dairəsinin zəifləməsi faktı ilə üz-üzə gələcəklər”.