Avropa Parlamenti Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə etimadsızlıq səsverməsini rədd edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“AK prezidenti fon der Leyen AP-yə etimadsızlıq səsverməsindən uğurla çıxdı. Bu səsvermə əsasən ifrat sağçı Avropa Parlamentinin deputatları tərəfindən təklif edilib. Qətnamə kifayət qədər dəstək almadı; təşəbbüsü qəbul etmək üçün üçdə iki səs çoxluğu lazımdır”, – agentlik xəbər verir.
Xuraman Etibarlı
İnterpress.az