Avropa Parlamenti Macarıstana qarşı tədbir görməyə ÇAĞIRDIbackend

Avropa Parlamenti Macarıstana qarşı tədbir görməyə ÇAĞIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Parlamenti viza qaydalarının zəifləməsi ilə əlaqədar Macarıstana qarşı tədbir görməyə çağırıb.

interpress.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb. Nəşr yazır ki, Avropa Parlamentindəki ən böyük fraksiya sədri Manfred Veber viza qaydalarının zəifləməsi ilə əlaqədar Macarıstana qarşı tədbir görməyə çağırıb.

Nəşr qeyd edir ki, Budapeşt iyulda Rusiya və Belarus da daxil olmaqla səkkiz ölkənin vətəndaşlarına müəyyən növ vizaların verilməsini sadələşdirib.

Ehtimallara görə, bu, atom elektrik stansiyasının tikintisi ilə bağlıdır.

Xuraman Etibarlı

İnterpress.az