Avropada iqtisadiyyatın yavaşlaması səbəbindən işdən çıxarılma dalğasına yeni şirkətlər qoşulurbackend

Avropada iqtisadiyyatın yavaşlaması səbəbindən işdən çıxarılma dalğasına yeni şirkətlər qoşulur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yüksək faiz dərəcələrinin Avropada iqtisadiyyatlara təsiri hiss olunmağa başlayır və tənəzzül narahatlıqları bir çox şirkəti yenidən strukturlaşdırmağa və iş yerlərini ixtisar etməyə məcbur edir. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Avropada qeyri-adi inflyasiyanı azaltmaq üçün mərkəzi banklar iki ilə yaxındır ki, sürətli və kəskin faiz dərəcələrini artırıblar. Pul siyasətinin sərtləşdirilməsi nəticəsində inflyasiya azalarkən, yüksək borclanma xərclərinin şirkətlər üzərində təzyiqi hiss olunmağa başlayıb.

Yüksək faiz dərəcələrinin ardınca artan tənəzzül narahatlıqları səbəbindən Avropanın demək olar ki, bütün sektorlarından olan şirkətlər, xüsusilə texnologiya, maliyyə, daşınmaz əmlak, media, telekommunikasiya, avtomobil və kimya sənayesi xərclərini azaltmaq üçün işdən çıxarmağa daha çox meyllidirlər.

Bu çərçivədə Avropada ilin əvvəlindən bəri davam edən işdən çıxarma qərarlarının sonuncusu Finlandiyanın telekommunikasiya avadanlıqları istehsalçısı Nokia-dan gəlib. Şirkət 2026-cı ilə qədər 800 milyon ilə 1,2 milyard avro arasında qənaət etmək məqsədi ilə 14 minə qədər işçini ixtisar edəcəyini açıqlayıb.

Böyük Britaniyada yerləşən aerokosmik, mühəndislik və müdafiə şirkəti Rolls-Royce da yenidən strukturlaşdırmaq və səmərəliliyi artırmaq üçün 2000-2500 işçisi ilə yollarını ayırmaq qərarına gəlib.

Parisdə yerləşən BNP PARIBAS, vergi və konsaltinq şirkəti KPMG, baş ofisi Almaniyada yerləşən kimya şirkəti Lanxess, Finlandiyanın ağac materialları istehsalçısı Fiskars və İsveçrənin ən böyük bankı UBS son iki ayda işdən çıxarma qərarı verən əsas Avropa şirkətləri arasındadır.