Orban Ukraynaya mümkün135 milyardlıq krediti tənqid edib.
İnterpress.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban açıqlama verib.
Orban bildirib ki, Ukraynaya nəzərdə tutulan yeni 135 milyard avro kredit Avropa İttifaqı ölkələri üçün ağır maliyyə yükünə çevriləcək:
“Bu borcun hesabını avropalıların nəvələri ödəyəcək”.
O, Aİ-nin Kiyevə böyük həcmli maliyyə paketi ayırmaq planlarını tənqid edərək bunun həm iqtisadi, həm də siyasi baxımdan davamlı olmadığını vurğulayıb.
Orban hesab edir ki, belə maliyyə öhdəlikləri Avropanın gələcək nəsilləri üçün risk yaradır.
Xuraman Etibarlı
İnterpress.az






