Koronavirus pandemiyasından sonra Avropa ölkələrində səhiyyə sistemi çöküb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Belə ki, İspaniyada 800 minə yaxın insanın əməliyyat üçün növbə gözləyir. Fransada ilin sonuna qədər həkimi olmayan xroniki xəstəlikləri olan 714 min xəstəyə sağlamlıq xidməti göstərməyi hədəflədiyini etiraf edib.
Avropada səhiyyə işçilərinin həll edilməmiş problemləri sistemi çökdürmə həddinə çatdırıb.
Pasiyentlər həkim qəbuluna yazılmaq üçün 60 gündən çox gözləməli olurlar.
Fransada həkimi olmayan 714 min xroniki xəstəliyi olan xəstə var.
Fransada da oxşar mənzərə var. Ölkədə 6 milyon insanın səhiyyə xidmətini ala bildiyi ailə həkimi yoxdur.
Fransa Səhiyyə Nazirliyi ağır və uzun müddətli xəstəlikləri olan, lakin həkimi olmayan 714 min insana ilin sonuna qədər xidmət göstərməyi hədəflədiyini açıqlayıb.
Bunlar əsasən şəkərli diabet, xərçəng və psixi pozğunluğu olan xəstələrdir.