Avstriya sərhəd nəzarətini daha 6 ay uzatmaq istəyirbackend

Avstriya sərhəd nəzarətini daha 6 ay uzatmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstriyanın daxili işlər naziri Gerhard Karner ölkəsinin Macarıstan və Slovakiya sərhədlərində qeyri-qanuni miqrasiyaya qarşı tətbiq etdiyi nəzarətin daha 6 ay müddətinə uzadılması üçün Avropa İttifaqı (Aİ) Komissiyasına müraciət edəcəyini bildirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Karner keçən il qeyri-qanuni miqrantların sayında ciddi artım olduğunu, buna görə də sərhəd nəzarətinin davam etməsinin lazım olduğunu söyləyib.

Artıq nizamsız miqrantların sayında müəyyən azalma olduğunu və bunun da nəzarətlərdən qaynaqlandığını iddia edən Karner, bu nəzarətlərin müəyyən maliyyə yükü yaratsa da, təhlükəsizlik baxımından qaçılmaz olduğunu bildirib.

Macarıstan və Slovakiya sərhədlərində nəzarətlərin 6 ay daha davam etdirilməsini istədiklərini ifadə edən Karner AB-nin xarici sərhədləri istənilən səviyyədə qorunana qədər nəzarətin tərəfdarı olduqlarını qeyd edib.

Qeyd edək ki, 2022-ci ilin sentyabrından Avstriya qonşu dövlətlərin sərhədlərində qeyri-qanuni miqrasiyaya qarşı nəzarət həyata keçirir.

Vyana rəhbərliyi keçən il qeyri-qanuni miqrantların sayının artması səbəbindən Şengen zonasının tam fəaliyyət göstərmədiyini iddia edərək, Bolqarıstan və Rumıniyanın Şengen zonasına daxil olmasına veto qoyub.