Çində tənbəllər üçün “mobil ayaqyolu” ixtira edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Çində tənbəllər üçün nəzərdə tutulmuş son dərəcə qeyri-adi və texnoloji bir cihaz ixtira olunub.
Şanxayda keçirilən sərgidə tərtibatçılar tərəfindən təqdim edilən “Xiaoban” adlı avtonom robot-unitaz pult vasitəsilə çağırıldıqda birbaşa istifadəçinin yanına gəlir.
İstifadəçi öz işini bitirdikdən sonra robot-unital avtomatik olaraq yenidən ayaqyoluna qayıdır və bütün tullantıları evdəki adi unitaza boşaldaraq su ilə yuyub təmizləyir.
Sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olan bu texnoloji yenilik həm maraq, həm də yumoristik rəylərlə qarşılanıb.
Tərtibatçılar bildiriblər ki, bu layihə təkcə tənbəllər üçün deyil, həm də hərəkət məhdudiyyəti olan insanlar, yaşlılar və reabilitasiya dövründə olan xəstələr üçün olduqca faydalı bir köməkçi olacaq.
Hazırda eksperimental mərhələdə olan cihazın gələcəkdə qlobal bazara çıxarılması planlaşdırılır.
Xuraman Etibarlı
İnterpress.az






