Aygün Kazımovadan təsirli sözlər: “Zəngilanın adı gələndə…“backend

Aygün Kazımovadan təsirli sözlər: “Zəngilanın adı gələndə…“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Aygün Kazımova Zəngilan şəhərinin işğaldan azad olunmasına münasibət bildirib.

İnterpress.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında yazan sənətçi yaşadıqlarının gözünün önündən keçdiyini qeyd edib:

“Qarabağımızın hər kəndi, hər şəhəri gözəldir. Amma Zəngilan və Qubadlının adı gələndə başqa hisslər keçirirəm. Vətən sevgisi, həyəcan, itkilərimiz… Yaşadıqlarımız bir-bir gözümün önündən keçir. Zəngilanımızın qayıdışı mübarək olsun! Tezliklə Ali Baş Komandamızın dilindən Qubadlının, Şuşanın, Laçının, Xocalının, Xankəndinin işğaldan azad olması xəbərini eşidək!”

Qeyd edək ki,  Aygün Kazımova 92-93-cü illərdə Nurəddin Xocanın komandiri olduğu “Bozqurd” batalyonunda, ön cəbhədə müharibədə iştirak edib. O, “Bozqurd” batalyonunda şəfqət bacısı olub.

 

İnterpress.az