Yaponiyanın Akita prefekturası ayılara qarşı mübarizədə ordudan yardım istəyib.
İnterpress.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Yaponiyanın Akita prefekturasının qubernatoru Norihisa Sudzuki bölgədə artan ayı hücumları fonunda özünümüdafiə qüvvələrinin (ordunun) yardımını tələb etməyi planlaşdırır.
Məlumata görə, qubernator Sudzuki Müdafiə Nazirliyini ziyarət edərək nazir Koidzumi ilə görüşüb və ordunun bu prosesə cəlb olunması niyyətini bildirib.
Son həftələrdə ayıların yaşayış məntəqələrinə girməsi halları demək olar ki, hər gün qeydə alınır.
Yaponiyanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, 1 aprel tarixindən bəri ayı hücumları nəticəsində 9 nəfər həlak olub, təxminən 100 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Xuraman Etibarlı
İnterpress.az






