Ayın ən dəqiq 1,3 giqapiksellik fotosu ictimaiyyətə təqdim olunub.
İnterpress.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Astrofotoqraf Endryu Makkarti ayın mövcud olan ən yüksək keyfiyyətli – 1,3 giqapiksellik görüntüsünü təqdim edib. Foto 280 mindən çox ayrı çəkilişin mozaika şəklində birləşdirilməsi ilə hazırlanıb.
Makkartinin sözlərinə görə, layihəni tamamlamaq ona ümumilikdə 5 il vaxt aparıb.
Sənədin tam ölçüdə versiyası xüsusi səhifədə təqdim olunub.

Xuraman Etibarlı
İnterpress.az






