İsrail əsgərləri tərəfindən öldürülən türkiyəli fəal Ayşenur Ezgi Eyginin cənazəsini daşıyan təyyarə Bakıdan İstanbula gəlib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, İordan çayının qərb sahilində dinc nümayiş zamanı İsrail hərbçiləri tərəfindən öldürülən Türkiyə vətəndaşı Ayşenur Ezgi Eyqinin cənazəsi Təl-Əvivdən Bakıya gətirilib.
Heydər Əliyev Beynəlxalq Hava Limanında Eiqanın cənazəsi Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcıya və səfirliyin əməkdaşlarına təhvil verilib.
Daha sonra Ayşenur Ezgi Eyginin cənazəsini daşıyan təyyarə Bakıdan İstanbula gəlib.
Hava limanında baş tutacaq mərasimdən sonra Ayşenur Ezgi Eyginin cənazəsi dəfn olunmaq üçün təyyarə ilə İzmirə, oradan da məmləkəti Didim Aydın rayonuna aparılacaq.
Xuraman Etibarlı
İnterpress.az