Azad edilmiş britaniyalı girov Starmeri sərt TƏNQİD ETDİ: “Ayıb olsun!”backend

Azad edilmiş britaniyalı girov Starmeri sərt TƏNQİD ETDİ: “Ayıb olsun!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azad edilmiş Britaniya-İsrail girovu baş nazir Starmeri sərt tənqid edib.

İnterpress.az xəbər verir ki, bu barədə azad olunmuş girov, Britaniya əsilli İsrail vətəndaşı Emili Damari İnstaqram hesabında yazıb.

Emili Damari Qəzza zolağında atəşkəs əldə olunmasa, Fələstin dövlətini tanımaq qərarına görə Böyük Britaniyanın baş naziri Starmeri kəskin tənqid edib.

“Baş nazir Starmer tarixin yanlış tərəfindədir. O, İkinci Dünya Müharibəsi zamanı hakimiyyətdə olsaydı, Hollandiya, Fransa və ya Polşa kimi işğal olunmuş ölkələr üzərində nasist nəzarətinin tanınmasının tərəfdarı olardımı? Bu diplomatiya deyil, mənəvi uğursuzluqdur. Utanın, baş nazir”, – o yazıb.

Emili Damari 7 oktyabr 2023-cü ildə Kibbutz Kfar Azadakı evindən Həmas silahlıları tərəfindən qaçırılıb.

O, 19 yanvar 2025-ci ildə müvəqqəti atəşkəs razılaşmasının bir hissəsi kimi azad edilib.

Xuraman Etibarlı

İnterpress.az