Azərbaycan İnvestisiya Holdinqinin idarə etdiyi 11 şirkətdən 8-i dividend ödəyirbackend

Azərbaycan İnvestisiya Holdinqinin idarə etdiyi 11 şirkətdən 8-i dividend ödəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ildə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş 11 dövlət şirkətindən 8-nin potensial dividend ödəmə imkanları yaranıb.

Bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən bildirib.

Onun sözlərinə görə, Holdinqin müəssisələrinin maliyyə və əməliyyat göstəricilərində əhəmiyyətli yaxşılaşma müşahidə edilir: “Ötən il portfel şirkətlərin səmərəli fəaliyyəti nəticəsində ümumi gəlirləri təqribən 74 %, EBİTDA göstəricisi 101 % artıb”.