Azərbaycan İraq universitetlərinə elmi ədəbiyyatlar göndərəcəkbackend

Azərbaycan İraq universitetlərinə elmi ədəbiyyatlar göndərəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan İraq universitetlərinə elmi ədəbiyyatlar göndərəcək.

İnterpress.az xəbər verir ki, bu barədə AMEA-nın prezidenti İsa Həbibbəyli qurumun Rəyasət Heyətinin növbəti iclasında məlumat verib.

Onun sözlərinə görə, AMEA Rəyasət Heyətinin iyulun 12-də keçirilən iclasında İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurası yaradılıb və Şuraya İraq-Türkman tarixi, dili, ədəbiyyatı, mədəniyyəti, etnoqrafiyası və folkloru ilə bağlı araşdırmaların əlaqələndirilməsi və sistemli koordinasiyası istiqamətində tədbirlərin həyata keçirilməsi tapşırılıb: “Həmin qərarda İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasına AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin elmi tədqiqat müəssisələrinin təklifləri nəzərə alınmaqla İraq Respublikasında yaşayan türkmanlarla tarixi, mədəni və humanitar sahələrdə əlaqələrin genişləndirilməsinə dair AMEA-nın tədbirlər planının hazırlanması barədə müvafiq tapşırıq verilib. Şura üzvlərinin rəy və təkliflərinə əsasən, tədbirlər planının layihəsi hazırlanıb”.

İ.Həbibbəyli həmçinin İraqın 7 universitetində Türkologiya fakültəsinin fəaliyyət göstərdiyini və həmin fakültələrin Azərbaycan dili, lüğəti, ədəbiyyatı, tarixi, folkloru, arxeologiyası ilə bağlı elmi ədəbiyyata ehtiyacları olduğunu söyləyib, ali təhsil müəssisələrinin nəşr ehtiyacını ödəmək üçün AMEA-nın elmi müəssisə və təşkilatlarından kitabların toplanaraq göndəriləcəyini vurğulayıb.

Qeyd edək ki, iclasda İraqda yaşayan türkmanlarla tarixi, mədəni və humanitar sahələrdə əlaqələrin genişləndirilməsinə dair tədbirlər planı təsdiqlənib.