Azərbaycan komandası Çempionlar Liqasında doqquz qol vurdu – YENİLƏNİBbackend

Azərbaycan komandası Çempionlar Liqasında doqquz qol vurdu – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasına inamlı qələbə ilə başlayıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu Cəbəllüttariqin “Yuropa” komandasını 9:2 hesabı ilə məğlub edib.

Komandamızda qolların müəllifləri Emanuel Rodriqes (3), Əmir Şücai, Xətai Bağırov, Pereyra Qonsalves dos Santos (2) və İsa Atayev olub. Daha bir qolu rəqib komandanın oyunçusu öz qapısına vurub.

Qeyd edək ki, “Araz-Naxçıvan” sabah ikinci oyununu Finlandiya çempionu “Kampuksen Dinamo”ya qarşı keçirəcək. Bu görüş də Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

12:29

UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” bu gün mübarizəyə başlayır.

Oxu.Az xəbər verir ki, təmsilçimiz F qrupunun ilk matçında Cəbəllüttariq çempionu “Yuropa” ilə qarşılaşacaq.

Oyun Bakı vaxt ilə saat 15:00-da başlayacaq.

Çempionlar Liqası

İlkin mərhələ

21 avqust

15:00 “Araz-Naxçıvan” – “Yuropa” (Cəbəllüttariq)

Birinci referi: Dario Petsuto (İtaliya)

İkinci referi: Drajen Vukçeviç (Monteneqro)

Üçüncü referi: Panayotis Ntalas (Yunanıstan)

Vaxta nəzarət edən: Kiazo Leladze (Latviya)

Salaspils. İdman Kompleksi

Qeyd edək ki, oyunlar Latviyada keçirilir. Azərbaycan çempionunun qrupunda “Kampuksen Dinamo” (Finlandiya) və “Raba” (Latviya) komandaları da mübarizə aparır.

Səbuhi Musayev