Cənubi Koreyada 15-40 nəfərlik KÜTLƏVİ DAVA: İki əcnəbi yaralanaraq SAXLANILDI – VİDEObackend

Cənubi Koreyada 15-40 nəfərlik KÜTLƏVİ DAVA: İki əcnəbi yaralanaraq SAXLANILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyada 20 yaşlı Rusiya vətəndaşı kütləvi davadan sonra saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Cənubi Koreyanın Pxenqtek şəhərində Rusiya vətəndaşı və Qırğızıstan vətəndaşı olan iki 20 yaşlı gənc dava ilə bağlı saxlanılıb. Hər iki şəxsin ciddi xəsarətlər, o cümlədən sınıqlar aldığı bildirilir.

İstintaq şahidlərin dindirilməsi və hadisə yerinin araşdırılmasından sonra iki əcnəbinin küçə qruplaşmalarının iştirakı ilə baş verən kütləvi davaya təsadüfən düşmüş ola biləcəyini ehtimal edir.

Hadisə yerində dəyənəklər, beysbol ağacının qırıntıları və taxta parçaları aşkarlanıb. Polis qarşıdurmada 15-dən 40-dək şəxsin iştirak etdiyini ehtimal edir.

Saxlanılan şəxslər davanı özlərinin başlamadığını bildiriblər. Onların sözlərinə görə, hadisə zamanı təsadüfən qarşıdurmanın ortasında qalıblar.

Məlumata görə, Rusiya vətəndaşı Cənubi Koreyaya tələbə vizası ilə gedib. Hazırda hadisə ilə bağlı araşdırma davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az