Tramp Putinlə tezliklə danışacağını açıqlayıb.
İnterpress.az xəbər verir ki, jurnalistlərin Rusiyada taunla bağlı vəziyyətin Vladimir Putinlə müzakirə edilib-edilmədiyi barədə sualını cavablandıran Tramp onunla yaxın zamanda telefon danışığının planlaşdırıldığını bildirib.
Tramp söhbətin “yaxın vaxtlarda” baş tutacağını qeyd edib.
Danışığın gündəliyi və Rusiyada taunla bağlı vəziyyətin müzakirə olunub-olunmayacağı barədə əlavə məlumat verilməyib.
Xuraman Etibarlı
İnterpress.az






